Modern.az

“Biz qayıtmaq istəyirik” - Qərbi Azərbaycanla bağlı layihə yekunlaşdı

“Biz qayıtmaq istəyirik” - Qərbi Azərbaycanla bağlı layihə yekunlaşdı

Aktual

5 Noyabr 2025, 11:00

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının "Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar" mövzusunda "Biz qayıtmaq istəyirik" adlı layihəsi başa çatıb.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşklilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə həyata keçirlib.

Layihə çərçivəsində keçirilən bütün tədbirlər Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Qərbi Azərbaycana açılan qapı olan Laçın şəhərindən başlayan tədbirlər Şuşa şəhərində, Xankəndi şəhərində - Qarabağ Universitetində, Ağdam rayonunun Xıdırlı kəndində davam eetdirilib, yekun tədbir isə Bakı Slavyan Universitetində 300 nəfərdən artıq Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurdan olan tələbələrin iştirakı ilə başa çatıb.

Bütün tədbirlərdə açılış nitqi ilə çıxış edən layihənin koordinatoru, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov layihənin ictimai, siyasi, mənəvi əhəmiyyətindən danışıb. Bildirib ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda sürətlə və yüksək keyfiyyətlə aparılan tikinti-bərpa, quruculuq işləri nəticəsində ermənilər tərəfindən xarabazara çevrilmiş torpaqlarımız yenidən dirçəldilir və bu ərazilərdə ən müasir, yüksək infrastruktura malik şəhər və kəndlərin inşa edilir.

Mərhələli şəkildə keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarında daimi məskunlaşma prosesinin həyata keçirildiyini qeyd edən Vüqar Qədirov yaxın illər ərzində bu prosesin uğurla başa çatacağını, hər bir şəxsin öz ata-baba yurdlarında yaşamlarının təmin olacağını vurğulayıb.

Tədbirlərdə çıxış edən İncəsənətin Tərəqqisinə Dəstək İB-nin sədri Turanə Orucova 20-ci əsrdə 3 dəfə Qərbi azərbaycanlıların öz tarixi ata-baba torpaqlarından zorla deportasiya olunduğunu, tarixi abidələrinin, maddi-mədəni irsinin Ermənistan tərəfindən məhv edildiyini bildirib.

Laçın şəhərində çıxış edənlər arasında 2 saylı Laçın şəhər 2 saylı tam orta məktəbin direktoru Sevinc Cabbarova, Şuşa şəhərində keçirilən tədbirdə 1 saylı Şuşa şəhər tam orta məktəbin direktoru Səbinə Gözəlova, məktəbin məzunu gənc vokalist İbrahim Quliyev, Xankəndi şəhərində - Qarabağ Universitetində keçirilən tədbirdə çıxış edən elm və innovasiyalar üzrə prorektor Fariz Əhmədov, universitetin müəllimi Əzizağa Nəcəfov, tələbələr, Ağdam rayonunun Xıdırlı kəndində keçirilən tədbirdə Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova, məktəbin psixoloqu Şəmistan Teymurov, müəllimlərdən Şərifə Hüseynova 30 ildən sonra öz ata-baba yurdlarına qələbəmiz sayəsində ləyaqətlə qayıdışın sevincini yaşadıqlarını, tezliklə Qərbi azərbaycanlıların da öz əzəli torpaqlarına qayıdacaqlarına əmin olduqlarının bildiriblər.

Bakı şəhərində Slavyan Universitetində keçirilən yekun tədbirdə çıxış edən layihə koordinatoru Vüqar Qədirov təəssüflə bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətlər, sahibkarlıq subyektləri “Korporativ Sosial Məsuliyyət” haqqında Qanuna məhəl qoymur, işğaldan azad olunmuş bölgələrimizdə keçirilən tədbirlərə dəstək vermirlər. “Biz qayıtmaq istəyirik” layihəsində biz bunun bir daha şahidi olduq”.

Tədbirdə 1-ci Qarabağ Müharibəsinin iştirakçısı, şair, “Zirvə” mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov, İncəsənətin Tərəqqisinə Dəstək ictimai birliyinin sədri Turanə Orucova, digər qonaqlar, tələbələr çıxış edərək Qərbi Zəngəzurun təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının aydın sabahına açılan qapı olduğunu bildiriblər. Dövlətimizin apardığı məqəsdyönlü siyasət nəticəsində Qərbi Azərbaycana ləyaqətlə qayıdışın uzaqda olmadığını qeyd ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?