Modern.az

“Azercell” mobil tətbiqində “Aztelekom”a aid bölmə yaradıldı

“Azercell” mobil tətbiqində “Aztelekom”a aid bölmə yaradıldı

Aktual

5 Noyabr 2025, 13:00

“Azercell” MMC-ə məxsus mobil tətbiqin “Yardım və Dəstək” bölməsində “Aztelekom” MMC-ə aid bölmə yaradılıb.

Modern.az xəbər verir ki, bölmədə “Aztelekom”a aid xidmətlər üzrə “Qoşulma şərtləri”, “Sənədlər”, “Ödəniş üsulları” kimi məlumatlar yerləşdirilib.

Yeniliklə bağlı  “Azercell”dən bildirilib ki, “Azercell Telekom” MMC ilə “Aztelekom” MMC arasında mövcud olan əməkdaşlıq çərçivəsində şirkət özünə məxsus “Azercell” mobil tətbiqində “Aztelekom” MMC-yə aid xidmətləri daha rahat və əlçatan etmək məqsədilə istifadəçilərə xüsusi bölmədən yararlanmaq imkanı təqdim etməyə başlayıb.

Qeyd edək ki, son dövrlər ictimaiyyətdə “Aztelekom”un “Azercell”ə birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilir. (Mənbə: APA)

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?