Modern.az

Zəngəzur dəhlizi “Şimal–Cənub”a rəqib deyil - Şoyqu

Zəngəzur dəhlizi “Şimal–Cənub”a rəqib deyil - Şoyqu

Aktual

5 Noyabr 2025, 16:05

Zəngəzur dəhlizi ilə “Şimal–Cənub” beynəlxalq nəqliyyat marşrutu bir-birinə rəqib deyil və hər iki layihə region üçün vacibdir.

Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Bu barədə o, MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin XIII görüşündən sonra jurnalistlərə açıqlama verib.

“Düşünürəm ki, hər iki yolun mövcudluq haqqı var və onlar lazımdır. Çünki bu marşrutlar Azərbaycanı öz regionları ilə birləşdirəcək, həm də ölkələr arasında ticarət əlaqələrini genişləndirəcək”, - Şoyqu deyib.

O, “Şimal–Cənub” dəhlizinin dərin cənub limanlarını Şimal Buzlu okeanı və Şimal dəniz yolu ilə birləşdirdiyini xatırladıb: “Burada mən heç bir rəqabət görmürəm. Kiminsə yükü dolayısı ilə daşıması və ya marşrutu dəyişməsi məsələsi yoxdur. Rusiya böyük ölkədir və geniş nəqliyyat magistralına malikdir. Hər bir yeni yol – həmişə yaxşıdır.”

Şoyqunun sözlərinə görə, bu layihələr regionda logistika və iqtisadi əməkdaşlığın inkişafına xidmət edəcək.

Sizə yeni x var
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu