Modern.az

"Qırmızı Kitab"a düşən quşları ovlayan ata və oğul saxlanıldı

"Qırmızı Kitab"a düşən quşları ovlayan ata və oğul saxlanıldı

Aktual

5 Noyabr 2025, 16:10

Zərdabda adları "Qırmızı Kitab"a düşən quşları ovlayan ata və oğul saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Bəyimli qəsəbəsi ərasizində adları “Qırmızı Kitab”a düşən çöl quşları ovlayan Aleksandr Mirzəliyev və oğlu Roman Mirzəliyev saxlanılıblar.

Həmin  şəxslərdən ov tüfəngi və patronlar aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu