Modern.az

Sumqayıtda dəmir yolundan rels oğurladılar

Sumqayıtda dəmir yolundan rels oğurladılar

Aktual

5 Noyabr 2025, 16:30

Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, həmçinin əvvəllər məhkum olunmuşlar - 22 yaşlı X. Hüseynov, 23 yaşlı X. Ağayev və 26 yaşlı S. Elbruszadə saxlanılıblar.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu