Modern.az

Dənizçilik təhsili sahəsində əməkdaşlıq müzakirə olundu 

Dənizçilik təhsili sahəsində əməkdaşlıq müzakirə olundu 

Aktual

5 Noyabr 2025, 21:27

Noyabrın 3-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib. ADDA rəhbəri qonağı salamlayaraq, akademiyanın tarixi inkişafı, strukturu, tədris prosesinin təşkili və elmi potensialı barədə ətraflı məlumat verib.

 

Modern.az xəbər verir ki, görüşdə iki ölkənin dənizçilik üzrə ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, ikili diplom proqramlarının hazırlanması, eləcə də tələbələrin Səudiyyə Ərəbistanının dənizçilik şirkətlərində istehsalat təcrübələrinə cəlb olunması kimi konkret istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.

 

Hörmətli səfir İssam bin Saleh əl-Cuteyli təklif olunan əməkdaşlıq təşəbbüslərini yüksək dəyərləndirərək, əməkdaşlığın rəsmi Anlaşma Memorandumu əsasında formalaşdırılmasının məqsədəuyğunluğunu vurğulayıb.

 

 Görüş səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu