Modern.az

Qalmaqallı həkimin adı plastik cərrahların siyahısında yox imiş

Qalmaqallı həkimin adı plastik cərrahların siyahısında yox imiş

Aktual

5 Noyabr 2025, 23:06

Qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovla bağlı çoxsaylı şikayətlərin olması ilə bağlı məlumat yayılıb.

Bəs Rəşad Məmmədovun həkim kimi fəaliyyət göstərməsi üçün rəsmi lisenziyası varmı?

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Rəşad Məmmədovun adının Səhiyyə Nazirliyinin Xüsusi Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında yer almadığı bildirilib.

Məlumatda qeyd olunub ki, bu siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə üzrə tibbi fəaliyyət göstərməsi qanunvericiliyin tələblərinin pozulması hesab olunur və belə hallarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür:

"Qanunvericiliyə əsasən, sağlamlığa zərər vurulması halları aşkarlanarsa, bu, hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə müşayiət olunan rəsmi müraciətlər əsasında araşdırma aparır. Belə müraciət daxil olduqda, məsələ "İnzibati icraat haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunlara uyğun qaydada araşdırılır". (Mənbə: Oxu.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu