Modern.az

Nazirlikdə Zəfər Günü münasibətilə qanvermə aksiyası - FOTOLAR

Nazirlikdə Zəfər Günü münasibətilə qanvermə aksiyası - FOTOLAR

Aktual

6 Noyabr 2025, 15:50

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 8 Noyabr – Zəfər Günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib.

Modern.az xəbər verir ki, tədbir Respublika Qan Bankının dəstəyi ilə təşkil edilib.

Bu humanist təşəbbüs Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından, qanından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq həyata keçirilib.

Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları aksiyada fəal iştirak ediblər.

Donor olmaq istəyən şəxslərin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra uyğun olanlardan qan götürülüb. Toplanan qan ehtiyatı talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyaları mütəmadi olaraq təşkil edilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı