Salyan rayonunda hər zaman olduğu kimi Zəfər Gününün beşinci ildönümü ərəfəsində də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının məzarları ziyarət edilir, şəhidlərimizin ailələri ilə görüşlər keçirilir, onların qayğı və problemləri ilə maraqlanılır.
Ənənə halını almış şəhidlərin ailə üzvləri ilə görüşlərdə Salyan RİH-nin başçısı Rüstəm Xəlilov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Ziyarətlər zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, onların şərəfli döyüş yolundan bəhs olunub.
Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Bildirilib ki, dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək hər kəsin vətəndaşlıq borcudur.