Modern.az

Ankara Universitetinin rektoru Kooperasiya Universitetində olub

Ankara Universitetinin rektoru Kooperasiya Universitetində olub

Aktual

6 Noyabr 2025, 17:15

Ankara Universitetinin rektoru professor Necdet Ünüvar Azərbaycan Kooperasiya Universitetində olub.

Modern.az xəbər verir ki, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyevin dəvəti ilə universitetin qonağı olan professor Necdet Ünüvar Kooperasiya Universitetinin professor-müəllim heyəti ilə görüşüb.

Tədbirdə həmçinin deputatlar akademik Əhliman Əmiraslanov, professor Eldar İbrahimov və Türkiyədən gələn qonaqlar da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan professor Eldar Quliyev Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etməsindən danışıb.

O, vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında münasibətlər bütün dövrlərdə yüksək səviyyədə olub. Hazırda ölkələrimizin qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir. İki ölkə arasında günü-gündən inkişaf edən iqtisadi əlaqələr Azərbaycan və Türkiyə xalqlarının rifahına, dövlətlərin güclənməsinə xidmət edir. Təbii ki, iki dost, qardaş ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının kökündə Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın xüsusi səyləri, səmimi dostluğu və bir-birilərinə olan etibarı dayanır.

Sonra Azərbaycan Kooperasiya Universiteti ilə Ankara Universiteti arasında əməkdaşlığın qurulması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı