Modern.az

Tsviyanoviç Azərbaycan Prezidentini təbrik etdi

Tsviyanoviç Azərbaycan Prezidentini təbrik etdi

Aktual

6 Noyabr 2025, 20:15

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Zəfər Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf və qürur duyur, ölkənizin davamlı tərəqqisi və rifahı naminə ən səmimi arzularımı yetirirəm.

 

Bu əlamətdar gün Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır, milli məqsədlərinizə çatmaq yolunda nümayiş etdirilən gücü, əzmkarlığı və birliyi bir daha yada salır.

 

Ölkənizin inkişafını və uğurlarını, eləcə də regionda sabitliyin və rifahın qorunması naminə göstərdiyiniz səyləri xüsusi diqqətlə izləyirik.

 

Əminəm ki, Serbska Respublikası, Bosniya və Herseqovina və Azərbaycan xalqları arasında dostluq münasibətləri ortaq mənafeyimizə uyğun olaraq qarşılıqlı anlaşma və hörmət ruhunda bundan sonra da inkişaf edəcəkdir.

 

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı