“Mən işğal dövründə deyirdim: hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq. Biz bunu yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu sözləri yalnız qətiyyətli bir çağırış deyil, həm də xalqımıza yol göstərən bir idealdır. İşğal illərində hər bir azərbaycanlı, hər bir vətənpərvər, bu müqəddəs günü – torpaqlarımızın azad edilməsini gerçəkləşdirmək üçün öz səylərini əsirgəmirdi.Cənab Prezidentin atdığı hər bir addım, hər bir strateji qərar, xalqın birliyini və ordumuzun qüdrətini daha da gücləndirdi. Diplomatik sahədə atılan addımlar, iqtisadi inkişafın təmin edilməsi, ordu quruculuğu və xalqın əzmkarlığı birləşərək bizi tarixi Zəfərə gətirdi. Hər birimiz öz fəaliyyətimizlə bu günün yaxınlaşmasına töhfə verdik və bu töhfələr birləşərək böyük qələbəyə çevrildi.
Bu qələbə yalnız hərbi üstünlük deyil,həm də xalqın iradəsinin, dövlətin gücünün və Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyinin təcəssümüdür. İşğal dövründə söylənilən sözlər və görülən işlər göstərdi ki, azadlıq, birlik və inamla hər bir müqəddəs gün gerçəkləşdirilə bilər.Azərbaycan xalqı 2020-ci ilin 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq və birlik nümunəsi göstərərək tarixi Zəfər qazandı.Bu qələbə xalqımızın azadlıq iradəsinin, milli həmrəyliyinin və dövlətimizin qüdrətinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, ədaləti və tarixi həqiqəti bərpa etdi. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinin ən parlaq səhifəsidir. Bu gün dövlətimizin gücünü,xalqımızın birliyini və milli iradəmizin sarsılmazlığını təcəssüm etdirir. Bu Qələbə təkcə hərbi uğur deyil, həm də milli ruhun, dövlətə sədaqətin və 30 illik ədalətsizliyə qarşı ədalətin təntənəsidir. Xalq, dövlət və ordu bir yumruq kimi birləşərək tarixin gedişatını dəyişdi. “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.”
Cənab Prezidentin bu fikiri Vətən müharibəsindəki iradəmizin, Ordumuzun gücünün və xalqımızın inamının rəmzidir. Hər bir gün, hər bir döyüş torpaqlarımızın azadlığına aparan şərəfli yolun mərhələsi idi. Azərbaycan əsgəri öz qanı və canı ilə tarix yazdı. Bu Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin təntənəsidir. “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu fikirləri Müzəffər Ali Baş Komandanın uzaqgörən liderliyinin, məqsədyönlü siyasətinin və xalqla birliyinin bariz nümunəsidir. 17 il ərzində atılan hər addım, görülən hər iş Azərbaycanı məhz bu Qələbəyə aparırdı. “Dəmir yumruq” ifadəsi xalqımızın birliyini, iradəsini və dönməz gücünü simvolizə edir.
Bu rəmz, Azərbaycan xalqının çətin anlarda birləşərək qarşısına çıxan bütün sınaqları dəf etmə qabiliyyətini, həmrəylik və əzmkarlıq ruhunu ifadə edir. Milli birliyin möhkəmliyi, “dəmir yumruq” kimi sarsılmaz və qüdrətli olur, hər zaman dövlətimizin gücünün və xalqımızın əzmkar ruhunun göstəricisidir. XXI əsrin müharibələrində Azərbaycanın döyüş təcrübəsi və taktiki yanaşmaları dünya hərbi ekspertləri tərəfindən diqqətlə izlənilir. 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusu yüksək hazırlıq, çevik taktika və müasir texnologiyalardan səmərəli istifadə nümayiş etdirdi.Dronsistemi, zərbə aviasiyası və müasir artilleriya vasitələrinin uğurlu sintezi döyüşlərin gedişatını dəyişdi və qısa müddətdə strateji əhəmiyyətli ərazilərin azad olunmasına imkan yaratdı.Azərbaycanın tətbiq etdiyi müasir döyüş üsulları və taktikalar, həmçinin informasiya müharibəsi və kiber əməliyyatların effektivliyi, bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində nümunə kimi öyrənilir. Bu təcrübə yalnız döyüş sahəsində deyil, həm də hərbi hazırlıq və idarəetmə sistemində yeni yanaşmaların tətbiqi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın XXI əsrin müharibəsində qazandığı uğurlar, ordunun yüksək peşəkarlığı, strateji planlaşdırma bacarığı və texnologiyalardan istifadəsi ilə bağlı dünya hərb tarixinə örnək olacaq mühüm bir səhifədir.
Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycan xalqı üçün böyük tarixi nailiyyətdir. Bu gün ölkəmizin müstəqillik yolunda atdığı əhəmiyyətli addımların rəmzi kimi qeyd olunur. Dövlət suverenliyi xalqın azadlığına, müstəqil qərarlar qəbul etmək imkanına və milli birliyə zəmin yaradır. Hər il bu günün qeyd olunması həm keçmişin yad edilməsi, həm də gələcək nəsillərə dövlətçilik ideallarının ötürülməsi baxımından böyük önəm daşıyır. Dövlət Suverenliyi Günündə hər birimiz ölkəmizin müstəqilliyinə və inkişafına verdiyimiz töhfəni bir daha dərk edirik. Vətənimizin müdafiəsində igidlik göstərmiş, canını və qanını qurban vermiş hər bir hərbiçi cəmiyyətimizin dəyərli üzvüdür. Azərbaycan dövləti müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərir, onların hüquqlarını qoruyur və sosial təminatlarını gücləndirir. Şəhid ailələri, müharibə əlilləri və iştirakçılar üçün xüsusi təqaüdlər,mənzil təminatı, tibbi və sosial xidmətlər ayrılır.Eyni zamanda, onların cəmiyyət həyatında fəal rol almaları, peşə hazırlığı və təhsil imkanlarından yararlanmaları üçün bütün imkanlar yaradılır.Bu gün azad torpaqlarımızda həyat yenidən canlanır.Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.
Dövlətimizin gücü, xalqımızın birliyi və şəhidlərimizin müqəddəs xatirəsi bu dirçəlişin mənəvi dayağıdır. Zəfərimizin təntənəsi həm də gələcəyə inamın təntənəsidir.Qalib xalq olaraq biz bu Qələbəni qorumağa, daha qüdrətli Azərbaycan naminə birliyimizi davam etdirməyə borcluyuq.Bu Zəfər xalqımızın yaddaşında əbədi qalacaq, gələcək nəsillər üçün qürur, vətənpərvərlik və birliyə sədaqət simvolu olacaq.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri