Modern.az

Hərbi paradda yerli silah və texnika da nümayiş etdiriləcək

Hərbi paradda yerli silah və texnika da nümayiş etdiriləcək

Aktual

7 Noyabr 2025, 17:24

Sabah zəfərimizin 5 illiyi münasibəti ilə təntənəli hərbi parad baş tutacaq. Yürüşdə Azərbaycan istehsalı olan hərbi texnika və silahların nümayişi nəzərdə tutulur.

Ehtiyatda olan polkovnik-leytnant, hərbi ekspert Elmar Hüseynov Modern.az-a bildirib ki, hal-hazırda müdafiə sənayesinə aid olan yerli silah-sursat və hərbi texnika istehsalı davam etdirilir. Bu istiqamətdə yeni planlar və digər ölkələrlə istehsal əməkdaşlığı nəzərdə tutulur. 

Ekspert qeyd edib ki, Azərbaycan  IST – 12.7 mm snayper tüfəngi, UP-7.62 yüngül avtomat, İnam, Zəfər, və Zəfər-K tapançaları, 7,62×54mmR GPMG, Qaya-1 and Qaya-2 RPG-7V2, 60 mm minaatan, 82 mm minaatan, 107 mm reaktiv yaylım atəş sistemi, Matador, Marauder və İldırım zirehli maşınlarının istehsalı ilə məşğuldur.

E.Hüseynov əlavə edib ki, sadalanan məhsulların bir çoxu paradda nümayiş etdiriləcək:

“Türkiyə Müdafiə Sənayesi müşaviri Murad Bayar Türkiyə Silahlı Qüvvələri üçün yeni tanklar istehsal etməyi planlaşdırdığını bildirmişdir. Bu tankların bir hissəsi Azərbaycanda, bir hissəsi Türkiyədə istehsal oluna bilər”.

Hərbi ekspert deyib ki, Türkiyə və Pakistan Silahlı Qüvvələri heyətləri zəfərimizin 5 illiyinə həsr olunan hərbi paradda iştirak edəcəklər:

“44 günlük Vətən müharibəsi bütün türk dünyasının uğurudur. Qələbəmiz həmçinin türk dövlətlərinin yaxınlaşmasına müsbət təsir göstərdi. Bu, mənəvi birliyin dərinləşməsi ilə yanaşı dövlətlərarası siyasi-iqtisadi-hərbi əməkdaşlığın yaranması və davam etdirilməsidir”. 

Cavid Zahidoğlu 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var