Modern.az

Azərbaycanda dördgünlük tətil başladı

Azərbaycanda dördgünlük tətil başladı

Aktual

8 Noyabr 2025, 00:27

Bu gündən Azərbaycanda dördgünlük tətil başlayıb.

 

Modern.az xəbər verir ki, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. Bu il 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Dövlət Bayrağı Günü bazar gününə təsadüf edir.

 

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

 

Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var