Modern.az

Avtomobildən meyit tapıldı

Avtomobildən meyit tapıldı

Aktual

11 Noyabr 2025, 08:13

Axşam saatlarında Zaqatalanın Mazıx kəndində avtomobildən kişi meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, 75 yaşlı Muxax kənd sakini Murtuzəli Dadamayevin cansız bədəni idarə etdiyi QAZ-24 markalı avtomobildə tapılıb. Hadisə yerinin ilkin təhqiqi zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

 

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verib.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var