Türkiyənin "C-130" hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən 5 kilometr aralıda qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, hadisə Siqnaqi bələdiyyəsində baş verib.
Qəza ilə bağlı artıq araşdırmalara başlanılıb.
Gürcüstan Hava Naviqasiya Xidməti bildirib ki, təyyarə ölkə ərazisini keçdikdən bir neçə dəqiqə sonra həyəcan siqnalı vermədən radarlardan itib.
Qurumun açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.