Modern.az

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Aktual

11 Noyabr 2025, 17:40

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəza törətməsi ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

Modern.az xəbər verir ki XİN-in “X” hesabında başsağlığı mesajı paylaşılıb.

“Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır” XİN bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı