Modern.az

Kərim Vəliyev başsağlığı verdi

Kərim Vəliyev başsağlığı verdi

Aktual

11 Noyabr 2025, 18:42

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib.

 

Modern.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Başsağlığında deyilir:

 

"Azərbaycandan Türkiyəyə yola düşən "C-130" hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

 

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm".

 

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus "C-130" hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı