Modern.az

Ceyhun Bayramov Fidana zəng etdi

Ceyhun Bayramov Fidana zəng etdi

Aktual

11 Noyabr 2025, 22:24

11 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana zəng vurub.

 

Nazir Ceyhun Bayramov Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar başsağlığı diləklərini çatdırıb, vəfat edən təyyarə heyəti və hərbçilərə Allahdan rəhmət və doğmalarına səbr arzulayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Qəza ilə əlaqədar Azərbaycan tərəfinin Türkiyənin və Gürcüstanın aidiyyəti dövlət qurumları ilə təmasda olduğu barədə məlumat verilib.

 

Ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğu bildirilib.

 

 

Nazir Hakan Fidan başsağlığına və bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı