Modern.az

"Azərbaycan məhəlləsi"ndə işlər başa çatdı

"Azərbaycan məhəlləsi"ndə işlər başa çatdı

Aktual

12 Noyabr 2025, 14:27

Türkiyənin Kahramanmaraş bölgəsində 2023-cü il fevralın 6-da baş verən zəlzələdən sonra Azərbaycan dövlətinin dəstəyi ilə başlayan tikinti işləri başa çatıb.

Modern.az bu barədə "İhlas" agentliyinə istinadən xəbər verir.

Bölgədə həyata keçirilən "Azərbaycan məhəlləsi" layihəsi üzrə işlər yekunlaşıb. Onikişubat rayonunun Hayrullah və Şazibey məhəllələrinin kəsişməsində 320 hektar ərazidə inşa edilən massiv 1 323 yaşayış və 799 iş yerindən ibarətdir.

Ərazidə Heydər Əliyev adına məktəb və müasir mədəniyyət evi də tikilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR