Modern.az

AZAL və Bakı Gəmiqayırma Zavoduna özəl investisiyaların cəlbi müzakirə edildi

AZAL və Bakı Gəmiqayırma Zavoduna özəl investisiyaların cəlbi müzakirə edildi

Aktual

13 Noyabr 2025, 10:04

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer ilə görüşüb.

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüş zamanı AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verilib. Orta Dəhlizin inkişafı və Xəzər keçidləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Həmçinin ictimai nəqliyyat, hava nəqliyyatı, AZAL və Bakı Gəmiqayırma Zavodu üzrə mümkün tərəfdaşlıq sahələri, eləcə də bu şirkətlərə gələcəkdə özəl investorların cəlbi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sizə yeni x var
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR