Modern.az

Deputat işdən çıxarılan generaldan danışdı: "O qədər şikayətlər alırdım"

Deputat işdən çıxarılan generaldan danışdı: "O qədər şikayətlər alırdım"

Aktual

13 Noyabr 2025, 14:18

"Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi, general-mayor İlqar Abbasov. Çox təkəbbürlü idi".

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

"O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, cənab Prezident gördü, onu vəzifəsindən uzaqlaşdırdı", - deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?