Modern.az

İlham Əliyevin fikri bütün Türk dünyası üçün yol xəritəsidir

İlham Əliyevin fikri bütün Türk dünyası üçün yol xəritəsidir

Aktual

13 Noyabr 2025, 19:46

Cənab Prezident İlham Əliyevin “Bizim Türk dünyasından başqa ailəmiz yoxdur” fikri, bütün Türk dünyası üçün bir yol xəritəsi kimi qəbul edilir və birliyimiz, həmrəyliyimiz baxımından böyük əhəmiyyət daşıyır. Bu yolu yorulmadan və qətiyyətlə davam etdirmək bizim ən böyük vəzifəmizdir.

 

Modern.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 42-ci ili səbəbi ilə keçirilən ziyafətdə Şimali Kipr Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuq Turqaner bildirib.

 

Azərbaycan Milli Məclisi ilə Şimali Kipr Türk Respublikasının Parlamentinin 2024-cü ildə yaradılmış Parlamentlərarası Dostluq Qrupları, Prezident İlham Əliyevin müəyyən etdiyi yol xəritəsinin ən güclü sübutudur. Yarandığı gündən bu qruplar böyük səmərə, məsuliyyət və məhsuldarlıqla fəaliyyət göstərirlər. Bu münasibətlə, Azərbaycan Milli Məclisinin sədri hörmətli Sahibə Qafarovaya, Azərbaycan–ŞKTR Parlamentlərarası Dostluq Qrupunun sədri hörmətli deputat Cavanşir Feyziyevə və dostluq qruplarının bütün üzvlərinə səmimi təşəkkürümü bildirirəm. Onların fədakar səyləri və əməkdaşlığı yüksək qiymətə layiqdir.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?