Modern.az

Bu ərazilərdə işıq kəsiləcək

Bu ərazilərdə işıq kəsiləcək

Aktual

14 Noyabr 2025, 09:00

Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Modern.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 14 noyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyadan qidalanan Transformator Məntəqəsində (TM) yenidənqurma və təmir-təftiş işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 10:30-dan 15:00-dək Biləcəri qəsəbəsi M. Aslanov, L. Tolstoy küçələri, Mərəzə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!