“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) “Handysize” tipli “Xocalı” quru yük gəmisi Avstraliyanın Kembla limanından ABŞ-ın Los-Anceles limanına doğru yola düşüb.
ASCO-dan Modern.az-a bildirilib ki, gəmi 24 251 ton polad yüklə səfərə çıxıb və onun təyinat limanına növbəti həftənin sonlarında çatması gözlənilir.
Hazırda “Xocalı” Sakit okean akvatoriyasında tam təhlükəsiz naviqasiya rejimində hərəkət edir. Reys bütün beynəlxalq əməliyyat standartlarına uyğun icra olunur.
Qeyd edək ki, “Xocalı” gəmisi 2024-cü il mayın 27-də Çin Xalq Respublikasında istismara verilib. Məhdudiyyətsiz üzmə imkanlarına malik bu “Handysize” tipli quru yük gəmisinin yükgötürmə qabiliyyəti (dedveyt) 38 593 ton, uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimal sürəti isə 15,7 uzeldir.