Modern.az

Konstitusiya Məhkəməsində beynəlxalq konfrans iştirakçıları ilə görüş 

Konstitusiya Məhkəməsində beynəlxalq konfrans iştirakçıları ilə görüş 

Aktual

14 Noyabr 2025, 10:13

Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunan “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakı şəhərində səfərdə olan Qırğızıstan Konstitusiya Məhkəməsinin sədri Emil Oskonbayev, Türkiyənin Konstitusiya Məhkəməsinin hakimi Yıldız Seferinoğlu və Taylandın Konstitusiya Məhkəməsinin hakimi Noppadon Teppitakın sədrlik etdiyi nümayəndə heyətləri ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, görüşdə sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti, qərar qəbuletmə proseduru, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə məlumat verib, məhkəmələr arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Sədr qeyd edib ki, səfər çərçivəsində keçirilən görüşlərdə təcrübə və fikir mübadiləsi ölkələrimiz arasında məhkəmə sahəsində əlaqələrin daha da dərinləşməsinə, məhkəmə-hüquq əməkdaşlığının daha da möhkəmlənməsinə və gələcək əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

Qonaqlar Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi  münasibətilə bir daha öz təbriklərini ifadə etmiş, beynəlxalq Konfransın uğurlu və səmərəli keçdiyini vurğulamış, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edərək qonaqpərvərliyə və səmimi qəbula görə bir daha minnətdarlıqlarını bildirmişlər.

Görüş zamanı geniş fikir mübadiləsi aparılıb.

Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!