Modern.az

Zavodda həlak olan şəxs hərbçi imiş - FOTO

Zavodda həlak olan şəxs hərbçi imiş - FOTO

Aktual

14 Noyabr 2025, 16:04

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib. Qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Modern.az-ın məlumatına görə, qəza nəticəsində dünyasını dəyişən Adil İsmayılov Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb. 

1969-cu il 3 sentyabrda Yardımlı rayonunun Arus kəndində anadan olan mərhum 1993-1994-cü illərdə Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Ağdərə və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib.

1994-2010-cu illərdə Daxili Qoşunlarda xidmət edib. Xidmət müddətində Xidmətdə fərqlənmə döş nişanı, Qüsursuz Xidmətə görə medalın I, II, III dərəcələri və Yubiley medalları ilə təltif olunub.

2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiə Sənayesi Nazirliyinin müəsisələrinin birində Mühəndis-sınaqçı, daha sonra Sınaq Sahəsinin rəisi vəzifəsində çalışıb. 

44 günlük Vətən müharıbəsi zamanı MSN istehsal olunan məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə mükafatlandırılıb. 

Ailəlidir, 3 övladı var. (Mənbə Qaynarinfo.az)

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!