Modern.az

Füzulidə yeni məktəb istifadəyə verildi

Füzulidə yeni məktəb istifadəyə verildi

Aktual

14 Noyabr 2025, 16:40

Füzuli rayonunun Aşağı Alıxanlı kəndində 132 şagird yerlik tam orta məktəbin yeni inşa edilən binası istifadəyə verilib.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müasir memarlıq üslubunda tikilən bina funksionallığı, təhlükəsizliyi və tədris imkanları ilə seçilir.Yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. Məktəbdə 10 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 3 laboratoriya və 2 əmək otağı yaradılıb.

Qeyd edək ki, şagirdlərin bilik və bacarıqlarını genişləndirməsi üçün informatika və çağırışaqədərki hazırlıq kabinetləri, eləcə də kitabxana və oxu zalı fəaliyyət göstərir.

Təhsil ocağında sosial-inzibati infrastruktur da tam şəkildə qurulub. Məktəbdə akt zalı, yeməkxana, müasir tələblərə cavab verən idman zalı və açıq idman meydançası istifadəyə verilib. Binanın bütün mühəndis-kommunikasiya sistemləri yenilənib, ətraf ərazi abadlaşdırılıb. Aşağı Alıxanlı kəndində yeni məktəb binasının istifadəyə verilməsi şagirdlər üçün müasir, rahat və təhlükəsiz təhsil mühiti yaradaraq tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!