Modern.az

Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutub

Azercell-in tərəfdaşlığı ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutub

Aktual

14 Noyabr 2025, 16:16

Mobil operator Azərbaycanda investor mədəniyyətinin inkişafına dəstəyini davam etdirir

4–6 noyabr 2025-ci il tarixlərində Bakıda “Mələk İnvestorlar Məktəbi” layihəsi baş tutub. Ölkədə innovasiya və investisiya ekosisteminin inkişafına daima töhfə verən “Azercell Telekom” MMC tədbirə tərəfdaşlıq edib.

Layihənin əsas məqsədi Azərbaycanda yeni nəsil investorların formalaşdırılması, onların praktiki və nəzəri biliklərinin artırılması, eləcə də ölkədə sağlam investor mədəniyyətinin təşviq edilməsidir. Üçgünlük proqram çərçivəsində iştirakçılar üçün investor təlimləri və İnvestisiya Sammiti təşkil olunub.

Azercell Telekom-u tədbirdə şirkətin Texnologiya və İnformasiya üzrə Baş direktor Corc Held təmsil edib. C. Held çıxışında Azercell-in ölkədə startap və innovasiya ekosisteminin inkişafına verdiyi dəstəyin əhəmiyyətindən danışaraq bildirib:
“Azercell uzun illərdir Azərbaycanda startap ekosisteminin formalaşması və inkişafına böyük əhəmiyyət verir. Biz inanırıq ki, bu kimi təşəbbüslər ölkənin iqtisadi transformasiyasına və innovasiyaların sürətlənməsinə xidmət edir.”

Tədbirə 500-dən artıq potensial investor qatılıb, onlar hüquqi çərçivələr, risklərin idarə edilməsi, investisiya strategiyaları və portfelin diversifikasiyası kimi mövzularda biliklər əldə ediblər.

Sammit çərçivəsində yerli startapların təqdimat sessiyaları, panel müzakirələr və beynəlxalq ekspertlərin çıxışları baş tutub. Tədbirin sonunda seçilən 5 iştirakçı ABŞ-da keçiriləcək “Silicon Valley Tour” proqramına vəsiqə qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!