Modern.az

Bu ərazilərdən odun qıra bilərsiniz - SİYAHI

Bu ərazilərdən odun qıra bilərsiniz - SİYAHI

Aktual

14 Noyabr 2025, 18:54

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, həmçinin təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərinin xüsusi ayrılmış sahələrində odun tədarükü işləri aparılır. Bu barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsində həftəlik olaraq paylaşılır. Odun tədarükü məqsədilə müəyyən edilən bütün qırma sahələrinin siyahısı avqustun 6-da nazirliyin rəsmi saytında yerləşdirilib. Ayrılmış sahələr barədə ətraflı məlumatla bu linkə keçid edərək tanış olmaq mümkündür.

Modern.az xəbər verir ki, bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.

O bildirib ki, odun tədarükü Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalar əsasında həyata keçirilir. “Tədarük prosesi əsasən bioloji inkişafdan qalmış, kök üstündə qurumuş və yanğın təhlükəsi yarada biləcək quru, yıxılmış ağacların hesabına aparılır. Qırmaya aid ağaclar mütəxəssislər tərəfindən müəyyən olunur, nömrələnir və yalnız müvafiq rəy verildikdən sonra onların kəsilməsinə başlanılır. Qeyd edək ki, odun tədarükünə başlamazdan əvvəl regionlarda rayon sakinlərinin və ictimai fəalların iştirakı ilə ictimai dinləmələr keçirilir. Dinləmələrdə odun tədarükünün aparılacağı meşə sahələri barədə məlumat verilir və əhalinin proses barədə məlumatlı olması üçün maarifləndirici izahlar aparılır. Odun əldə etmək istəyən qazlaşdırılmayan kəndlərin sakinləri aidiyyəti üzrə Regional Meşə Təsərrüfatı mərkəzlərinə müraciət edə bilərlər”, - deyə xidmət rəisi vurğulayıb.

Qeyd edək ki, istiliklə bağlı müvafiq qurumlar tərəfindən qışa hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərlə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz. (Mənbə: Azərtac)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!