Sosial xidmətlər Agentliyi Salyan rayonunda mənzillərin satın alınması üçün açıq müsabiqə elan edib.
Modern.az xəbər verir ki, tender əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Salyan rayonunda 9 ikiotaqlı və 6 üçotaqlı mənzilin satın alınması məqsədilə keçirilir.
Müsabiqənin ehtimal olunan qiyməti 1 milyon 258 min 425 manat, iştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manat müəyyən olunub.
Təkliflərin son təqdim olunma tarixi və vaxtı 24 noyabr 2025-ci il, saat 17:00, zərflərin açılışı isə eyni gün saat 17:00-da baş tutacaq.
Müsabiqədə iştirak etmək istəyən təchizatçılar iştirak və istifadə haqqını ödəməli, iştirak haqqı isə yalnız iştirak sayının üçdən az olduğu hallarda geri qaytarılır.
Təchizatçılar təkliflərini Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər. (Mənbə: fed.az)