Modern.az

Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu

Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu

Aktual

14 Noyabr 2025, 22:34

Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib.

Modern.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun atası Rəşid İbrahimov məlumat verib.

Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.

Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist “Euronews” telekanalında fəaliyyət göstərirdi.

O, xüsusilə 44 günlük Vətən müharibəsində hazırladığı reportajlarla tanınıb.

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!