Modern.az

İlham Əliyev: Özbəkistan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir

İlham Əliyev: Özbəkistan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir

Aktual

16 Noyabr 2025, 11:27

Özbəkistan prezident Şavkat Mirziyoyevin müdrik rəhbərliyi altında inkişaf və quruculuq yolunda inamla irəliləyir.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

 

İlham Əliyev Şavkat Mirziyoyevi məsləhətləşmə görüşündə iştirak etmək üçün dəvətə və ənənəvi qonaqpərvərliyə görə təşəkkür edib.

 

"Qardaşım Şavkat Mirziyoyevin müdrik rəhbərliyi altında Özbəkistan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Böyük beynəlxalq nüfuz, səmərəli iqtisadi islahatlar, sənaye, nəqliyyat, kənd təsərrüfatı sahəsində böyükmiqyaslı layihələr Özbəkistanı regionda lider mövqelərə çıxarıb", - deyə İlham Əliyev bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!