Modern.az

Hüquq təhsili olmayanlar da məhkəmələrə işə qəbul ediləcək

Hüquq təhsili olmayanlar da məhkəmələrə işə qəbul ediləcək

Aktual

18 Noyabr 2025, 09:42

Məhkəmə-Hüquq Şurası tərəfindən ölkəmizin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.

Bu barədə Modern.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, müvafiq vəzifə təlimatının "Təhsilə dair tələblər" bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.

Qeyd edək ki, bundan əvvəl məhkəmə iclas katibi vəzifəsinə yalnız “hüquqşünaslıq” ixtisası üzrə ali təhsili olan şəxslər qəbul olunurdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu