Modern.az

Sumqayıtda silah-sursat AŞKARLANDI

Sumqayıtda silah-sursat AŞKARLANDI

Aktual

18 Noyabr 2025, 09:54

Sumqayıt şəhərində silah-sursat aşkar olunub.

Modern.az xəbər verir ki, "Kimyaçılar" yaşayış massivinin dənizkənarı hissəsində AKC-74 markalı, 5,45 çaplı avtomat silahı, ona məxsus bir ədəd daraq və 17 ədəd patron tapılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Silah-sursatın mənşəyi və əraziyə hansı şəraitdə düşməsi istiqamətində tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu