“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və YAP Yasamal rayonu “Moskva pr.67” (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: 33 illik milli və siyasi güc” adlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlı, YAP Yasamal rayon “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayonu “Moskva pr.67” (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) ünvanı üzrə ərazi partiya təşkialtının üzvləri və agentliyin əməkdaşları iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub!