Modern.az

Ev sahibini hədələyərək pulunu ələ keçirən yeniyetmələr saxlanıldı

Ev sahibini hədələyərək pulunu ələ keçirən yeniyetmələr saxlanıldı

Aktual

19 Noyabr 2025, 09:04

Noyabrın 18-də gecə saatlarında Şəmkirdə yerləşən yaşayış evlərindən birinə daxil olan iki naməlum şəxs ev sahibini kəsici alətlə hədələyərək pulunu və evin açarlarını ələ keçiriblər.

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.

Davam etdirilən tədbirlərlə 2010-cu il təvəllüdlü Elay İsgəndərov və 2007-ci il təvəllüdlü Cəsur Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu