Modern.az

Türk Dövlətləri Təşkilatında 40-dan çox əməkdaşlıq formatı var

Türk Dövlətləri Təşkilatında 40-dan çox əməkdaşlıq formatı var

Aktual

19 Noyabr 2025, 12:12

Qürurverici haldır ki, 16 il öncə Naxçıvan sazişi ilə əsası qoyulan TDT regionda və hüdudlardan kənarda nüfuzlu beynəlxalq təşkilara çevirilib. 

Modern.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən TDT-yə üzv dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında Xarici İşlər Nazirinin müavini Samir Şərifov deyib. 

O qeyd edib ki, Qəbələ bəyannaməsi və digər vacib qərarlar türk dünyasının daha da güclənməsinə imkan yaradacaq. 

“TDT-nin vahid mövqeyi ortaq müxanizmlərin qurulması heçvaxt olamadığı qədər önəm kəsb etməkdədir”. 

S.Şərifov bildirib ki, qısa müddət ərzində siyasi iqtisadi məsələlər daxil olmaqla hazırda Türk Dövlətləri Təşkilatında 40-dan artıq sahə üzrə müxrəlif əməkdaşlıq formatları mövcuddur. 

“İqlim dəyişiklikləri, ortaq təbii fəlakətlər, silahlı münaqişələr, məcburi köçkünlük və miqrasiya kimi çağırışların daha da mürəkkəbləşdiyi beynəlxalq şərait TDT çərçivəsində əlaqələndirilmiş və genişləndirilmiş humanitar mexanizmin mövcudluğunu da zəruri edir”, -nazir müavini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu