Türkiyə Qızıl Aypara Cəmiyyəti təşkilatı 2024-cü ildə təxminən 37 milyon insana yardım göstərib.
Bu barədə Modern.az-a Cəmiyyətin prezidenti xanım Fatma Meriç Yılmaz məlumat verib.
O bildirib ki, hər bir milli cəmiyyətin özünəməxsus yardım proqramları mövcuddur:
“Bu il biz daha çox könüllülərimizi bir araya gətirdiyimiz, təcrübə paylaşdığımız görüşlər keçirdik və gələcəyə yönəlik planlarımızı hazırladıq”,- deyə Fatma Meriç Yılmaz əlavə edib.
O, həmçinin vurğulayıb ki, bu şəbəkə digər ölkələrə ortaq şəkildə yardım göstərən vahid mexanizm deyil:
“Hər kəsin müxtəlif ölkələrdə həyata keçirdiyi öz yardım proqramları var. Kimə ehtiyac varsa, hamımız ora yönəlirik. Məsələn, hazırda Qəzzada ehtiyac olduğundan, oraya yardım edirik. Bununla yanaşı, Suriyada, Sudanda, Yəməndə, Somalidə və digər ölkələrdə ehtiyac olan insanlara yardım göstəririk. Yəni, Qızıl Ay və Qızıl Xaç Federasiyası olaraq, harada böhran varsa, biz ora yardım çatdırırıq”, - deyə o fikrini tamamlayıb.