Modern.az

İcra başçısı Salyanın Qaraçala qəsəbəsinin sakinləri ilə görüşüb

İcra başçısı Salyanın Qaraçala qəsəbəsinin sakinləri ilə görüşüb

Aktual

19 Noyabr 2025, 16:00

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun sakinlərlə görüşü Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbinin binasında baş tutub.

Modern.az xəbər verir ki, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Rayon İcra başçısı səmimi söhbət əsasında keçən qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu