Bir neçə gün öncə ürək xəstəliyi səbəbilə Kardiologiya İnstitunun Reanimasiya şöbəsinə yerləşdirilən keçmiş "Azadlıq" partiyasının sədri Əhməd Orucun müalicə yeri dəyişdirilib.
Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn bildirib.
“Əhməd bəyi ilkin müayinə etmiş həkimlərlə danışdım, məlumat aldım. Ümid edirəm ki, Azərbaycan milli demokratik xalq hərəkatı tarixində özünəməxsus yeri olan Əhməd bəyin müalicəsi nəzarətdədir və ən yüksək səviyyəli tibbi xidmət göstərilir”, - Pənah Hüseyn deyib.
Əhməd Oruc ötən həftə insult keçirib. Azadlıq Partiyası ilk dəfə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydə alınmayıb.