Modern.az

Ukraynadakı səfirliyimizə təhlükə davam edir

Ukraynadakı səfirliyimizə təhlükə davam edir

Aktual

20 Noyabr 2025, 13:32

Rusiyanın noyabrın 14-də etdiyi hava hücumu nəticəsində Ukraynadakı Azərbaycan səfirliyinin binası da zədələnib. Səfirlik ərazisinin hasarı dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və konsulluq şöbəsi zədələnib. 

Modern.az Səfirliyimizə dəyən ziyanın aradan qaldırılıb-qaldırılmadığını araşdırıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı saytımıza açıqlamasında bildirib ki, dəyən ziyan hələ aradan qaldırılmayıb:

"Bu istiqamətdə işlər gedir. Hadisə günü Ukrayna hökumət nümayəndələrindən ibarət komissiya gəlib ziyanı müəyyən edib. Raket səfirliyin ətrafına düşdüyündən, onun qəlpələri binaya dəyib. Şüşələr sınıb, daxildə olan müəyyən divarlar zədə alıb və səfirliyin həyətində olan maşınlara ciddi ziyan dəyib.Bu zərbələr davamlı olduğundan kimsə zəmanət verə bilməz ki, bu hal bir daha təkrarlanmayacaq. Vəziyyət kritik olduğundan qeyri-müəyyənlik var. Ziyanın həcmi haqqında bizdə dəqiq məlumat yoxdur, amma həcm böyükdür.
Çünki Ukraynadakı səfirliyimizin ərazisi digər diplomatik korpuslar arasında ən böyüyüdür".

Q.Osmanlı onu da vurğulayıb ki, yaxın vaxtlarda problemler tam həllini tapacaq, amma raket zərbəsinin təkrar olmayacağını kimsə deyə bilməz.

Qeyd edək ki, bu, səfirliyimizə 3-cü hücumdur. 2022-ci ilin iyununda və bu ilin yanvarında da oxşar hadisə yaşanmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə