Modern.az

Avtomobillərdən oğurluq edənlər TUTULDU

Avtomobillərdən oğurluq edənlər TUTULDU

Aktual

20 Noyabr 2025, 11:10

Paytaxtın Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, naməlum şəxs “Toyota” markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək orada olan 3 min manat dəyərində mobil telefonu oğurlayıb.

Polisin keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum edilmiş 47 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Qaradağ rayonunda da analoji hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 45 yaşlı R.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə