Noyabrın 20-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Vəngli və Həsənriz kəndlərinə yola salınıb.
Modern.az xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 4 ailə - 11 nəfər, Həsənriz kəndinə 23 ailə - 93 nəfər köçürülür.