Növbəti ilin yanvar-fevral aylarında Yeni Klinikada onlayn növbə sistemi tam tətbiq olunacaq.
Modern.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə deyib.
O bildirib ki, həmin dövrdən sonra vətəndaşların fiziki növbə götürməsinə ehtiyac qalmayacaq:
"Hazırda bəzi tibbi xidmətlər üzrə onlayn mövcuddursa, sözügedən dövrdən etibarən artıq bütün tibbi xidmətlər onlayn olacaq".
Cavid Zahidoğlu