Modern.az

Rayonlarda oğurluq edənlər tutuldu

Rayonlarda oğurluq edənlər tutuldu

Aktual

20 Noyabr 2025, 13:16

Nəsimi rayonu ərazisində yerləşən anbarların birindən 5000 manat dəyərində təmir-tikinti materialları oğurlanıb.

Modern.az xəbər verir ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ə.Kiçibəyov müəyyən olunaraq saxlanılıb.

Xəzər rayonunda isə qoruqların birinə məxsus sahədən 400 manat dəyərində naqil və plafon işıqlar, həmçinin bir nəfərin yaşadığı evin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.İbadov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?