Bakı şəhəri, Nizami rayonu, “8-ci km” bazarında aparılan son monitorinqlər göstərir ki, ərzaq bazarında sanitar-gigiyenik tələblərə əməl olunmur.
Modern.az xəbər verir ki, bu haqda Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilir ki, antisanitar vəziyyət insan həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir. Bazarda yüksək risk qrupuna aid olan ət, toyuq, balıq, süd məhsulları alıcıya təhlükəli şəkildə, müvafiq saxlama, temperatur rejiminə əməl edilmədən təqdim olunur:
“Yaranmış vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Fermerin əməyindən sui-istifadəyə yol verilməməlidir. Bazar rəhbərinin işi təkcə piştaxtanı kirayə vermək deyil, eyni zamanda alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmaqdır”.
“8-ci km” bazarında mövcud vəziyyəti əks etdirən videoçarxı təqdim edirik: