Modern.az

Sığınacaqda qalan yeniyetmə qız itkin düşdü

Sığınacaqda qalan yeniyetmə qız itkin düşdü

Aktual

20 Noyabr 2025, 23:07

Sığınacaqda qalan yeniyetmə qız itkin düşüb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə öz sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, valideyn himayəsindən məhrum olmuş və reabilitasiya məqsədilə sığınacağa yerləşdirilən yeniyetmə qız məktəbdən qayıtmayıb.

“Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə itkin düşmə ilə bağlı məlumat verilib. Bu kimi uşaqların əksəriyyəti valideynlərin biganəliyi və zorakılığı səbəbindən reabilitasiya proqramına cəlb olunurlar. Lakin valideyn hüquqları məhdudlaşdırılmadığı üçün ailə ilə ünsiyyət saxlanılır, uşağa qarşı birbaşa cinayət faktı yoxdursa, valideynlərlə görüşlər davam etdirilir. Bir neçə gün əvvəl yeniyetmənin atası Sosial Xidmətlər Agentliyinə müraciət edəcəyini və qızını evə aparacağını desə də, sonradan fikrini dəyişərək onun 18 yaşına qədər sığınacaqda qalmasını istəyib”,- deyə paylaşımda qeyd edilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən 17 yaşlı yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə