Xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin əmək haqqının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər. Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11 min manat məbləğində pul ələ keçirilib.
Modern.az xəbər verir ki, hadisənin ötən ilin dekabrında "Caspian International" hospitalda baş verdiyi iddia olunur. Kartın isə xəstəxananın keçmiş həkimi, mama-ginekolq Aytən Səfərovaya aid olduğu bildirilir.
İddialardan yol alaraq mama-ginekoloq Aytən Səfərova ilə əlaqə saxladıq. Hadisənin təfərrüatlarını “Xəzər Xəbər”ə danışan Aytən Səfərova iddiaları təsdiqlədi.