Modern.az

Xankəndidə tələbələrlə bağlı müzakirələr başladı - FOTO 

Xankəndidə tələbələrlə bağlı müzakirələr başladı - FOTO 

Aktual

21 Noyabr 2025, 09:48

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Qarabağ Universiteti arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Bu barədə tərəflərin Qarabağ Universitetində keçirdiyi görüşdə məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, görüşdə bildirilib ki, əməkdaşlıq tələbələrin nəzəri biliklərinin praktik fəaliyyətdə tətbiqinə, regionun sosial-iqtisadi və turizm potensialının artırılmasına töhfə verəcək.

Belə ki, əməkdaşlıq çərçivəsində tələbələrlə  mütəmadi görüşlər və müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərdə tələbələrin bölgənin inkişafına dair fikir və təklifləri dinləniləcək, yeni təşəbbüslərin formalaşmasına şərait yaradılacaq. Bundan əlavə, regionun sosial-iqtisadi inkişafı mövzusunda illik və ya yarımillik müsabiqələrin təşkili planlaşdırılır. Ən yaxşı 5 layihə komissiya tərəfindən seçilərək mükafatlandırılacaq və qalib layihələrin icrası dəstəklənəcək.

Qarabağ Universitetində “Dirçəliş Klubu”nun yaradılması isə tələbələrin turizm təşəbbüsləri, dövlət səviyyəli tədbirlərin təşkili, informasiya-tanıtım layihələri kimi sahələrdə iştirakını təmin edəcək.Klub həmçinin mövsümi könüllülük fəaliyyəti, təcrübə proqramları və tələbələrin ixtisaslarına uyğun bacarıqlarının inkişafı baxımından mühüm platforma kimi nəzərdə tutulur.

Qarabağ Universiteti ilə əməkdaşlığın gənclərin regionun dirçəlişi prosesinə daha fəal cəlb edilməsinə imkan yaradacağı da  vurğulanıb.Əməkdaşlığın konkret mexanizmlərinin müəyyən edilməsi məqsədilə yaxın günlərdə tərəflərin iştirakı ilə növbəti görüşün təşkili təklif olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə